Almaniyada bu mağaza şəbəkələri 1-2 saat tez bağlanacaq, çünki…
Enerji böhranı və işçilərin çatışmaması səbəbindən 2 noyabrdan etibarən Almaniya ticarət şəbəkələrinin bir sıra mağazaları 1-2 saat tez bağlanır. “Lidl”, “Aldi” və “Qlobus” belə şəbəkələrdəndir. SİA bu barədə xarici qaynaqlara istinad edir.
Menecment sahəsində ümid edirlər ki, bu, məsələn, süd məhsulları üçün açıq soyuducu rəflərdə elektrik enerjisini qənaət etməyə imkan verəcək. Avtomobil dayanacaqlarının və bazarların işıqlandırılması hesabına da qənaət etmək mümkün olacaq. Əlbəttə, bu tədbirlər enerjiyə çox qənaət etməyə imkan verməyəcək. Ehtimal ki, bu tədbirlərin ilk nəticələrini noyabrın axırında görmək olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB