Bu gün Zelenskinin “itirəcək heç nəyi yoxdur”..?

Bayden Kiyevə hərbi yardım göstərməkdə davam etməklə hazırda Rusiya ilə ABŞ arasında nüvə müharibəsinin başlanmasına “körpü yaradır”.
Bu gün Zelenskinin “itirəcək heç nəyi yoxdur”..?

Bu arada Rusiya ilə qarşıdurmada qalib gəlmək niyyətində olan Ukrayna prezidenti Vladimir Zelenski “kiçik Napoleon-2022” adlandırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri jurnalist Rayxard Lauterbax Almaniyanın “Junge Welt” nəşri üçün yazdığı məqalədə qeyd edib.

Məqalə müəllifinin fikrincə, Zelenski NATO-nun köməyi ilə məqsədə çatmağı planlaşdırır. Rayxarda görə, hazırda ukraynalı prezidentin “itirəcək heç nəyi yoxdur”, çünki Zelenski üçün sülh müqaviləsinin imzalanması siyasi və bəlkə də fiziki ölüm demək olardı.

Ona görə də Zelenski “öz oyununu oynayır” ki, burada bütün dünyanın da payı var və Qərb onun istəklərini yerinə yetirir. Qeyd edək ki, bu da Lauterbaxın fikridir.

Alman jurnalistə görə, ABŞ prezidenti Cozef Bayden Kiyevə hərbi yardım göstərməkdə davam etməklə hazırda Rusiya ilə ABŞ arasında nüvə müharibəsinin başlanmasına “körpü yaradır”.

Maraqlıdır ki, məqalə müəllifi Cozef Baydenin bu məsələdə sağlam düşüncədən istifadə edib-etmədiyi ilə də maraqlanıb.

Yeri gəlmişkən, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bir müddət bundan əvvəl Rusiyanın sülh danışıqlarına hazır olduğunu bildirmişdi. Bundan əlavə, rusiyalı prezident Vladimir Putin də Rusiya tərəfinin heç vaxt sülh əldə etmək cəhdindən əl çəkmədiyini deyib. Bu gün Putin, Kiyevin məhz “Qərb sponsorlarının” göstərişi ilə münaqişənin diplomatik yolla həllindən imtina etdiyini bəyan edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə