Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Xüsusi Monitorinq Missiyası (SMM) və Layihə Əlaqələndirici Bölməsinin səhra missiyaları Rusiya üzündən bağlanacaq.
SİA xəbər verir ki, ATƏT-dən verilən yazılı açıqlamada bildirilir: “ATƏT Daimi Şurasında aparılan danışıqlarda Rusiyanın missiyaların mandatının uzadılmasına mənfi yanaşması səbəbindən konsensus əldə olunmadı və buna görə sözügedən iki missiya bağlanacaq”.
Məlumatda ATƏT-in dövri sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau (Zbigniew Rau) və ATƏT-in baş katibi Helqa Şmidin (Helga Schmid) Ukraynada fəaliyyət göstərən hər iki missiya və Rusiya qüvvələri tərəfindən 24 fevralda başlanan müharibədən az sonra saxlanılan 3 ATƏT əməkdaşının vəziyyəti ilə bağlı fikirləri də yer alır.
Polşanın xarici işlər naziri Z.Rau belə bəyan edib: “Hər iki səhra missiyası ATƏT-in Ukraynaya dəstək səylərinin mühüm hissələridir. Onlar daxili islahatlara kömək və məsləhət vermək, obyektiv məlumat əldə etmək, dialoq qurmaq, eləcə də ən çətin şəraitdə Ukrayna xalqının rifahı üçün iş görməkdə mühüm rol oynayıb.
Rusiya Federasiyasının mövqeyinə görə, iki missiyanın mandatlarının uzadılması ilə bağlı heç bir razılıq əldə olunmadı. Amma bağlanma qərarı ədalətsizliyə məruz qalaraq saxlanılan ATƏT rəsmilərinin azadlığının təmin edilməsi səylərimizə təsir etməyəcək. Bu işçilər dərhal və qeyd-şərtsiz buraxılmalıdır”.
ATƏT-in baş katibi Helqa Şmidin də bəyanatda bu sözləri yer alır: “Səhra missiyalarının Ukraynaya verdiyi töhfələr böyükdür. Bir daha demək istəyirəm ki, 6 aydan artıqdır haqsız yerə və naməlum şərtlərlə həbs edilən məmurlarımızın azadlığa buraxılması üçün gecə-gündüz çalışmağa davam edəcəyik.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB