Tayvanda güclü zəlzələ olub

Tayvan adasında zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Meteorologiya Bürosunun Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, 5,7 bal gücündə zəlzələnin episentri Tayvan adasının şimal-şərqindəki Yilan şəhərindən 78,4 kilometr uzaqlıqda qeydə alınıb.

108,7 kilometr dərinlikdə baş verən zəlzələnin yaratdığı təkanlar adanın şimal-şərqindəki Yilan və Hualien şəhərləri ilə yanaşı, şimalda Taypey və ətraflarında da hiss olunub.

Bundan əvvəl sentyabrın 18-də Tayvanın cənub-şərqindəki Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 164 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə