Zelenski bəd xəbəri açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumları səbəbindən Avropa ölkələrinə elektrik enerjisi ixracını dayandırdıqlarını açıqlayıb. SİA xəbər verir ki, Ukrayna Rəyasət Heyətindən verilən açıqlamaya görə, Zelenski ölkəsində danışıqlar aparmaq üçün paytaxt Kiyevə gələn Avropa Birliyi (AB) Komissiyasının enerji üzvü Kadri Simsonu qəbul edib. Kiyevdəki Prezident Aparatında keçirilən görüşdə Zelenski Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Avropaya elektrik enerjisi ixrac etdiklərini xatırladıb. "Təəssüf ki, Rusiya Federasiyasının raketlər və kamikadze dronlarla (PUA) enerji sistemimizə hücumu səbəbindən bu prosesi (elektrik enerjisinin ixracını) dayandırdıq", - Zelenski bildirib.

Enerji infrastrukturlarının təmirindən sonra Avropa ölkələrinə elektrik enerjisi ixracına davam etmək istədiklərini vurğulayan Zelenski, hücumlar nəticəsində Ukraynanın enerji infrastrukturlarının 40 faizinin zədələndiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə