BMT Ukraynada ölən mülki vətəndaşların sayını AÇIQLADI

BMT Ukraynada ölən mülki vətəndaşların sayını AÇIQLADI

Rusiya-Ukrayna müharibəsində fevralın 24-dən noyabrın 1-dək olan statistikaya əsasən, mülki əhali arasındakı itkilər açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Ali İdarəsi məlumat yayıb.

Bildirilib ki, müharibədə 6430 ukraynalı ölüb, 9865 mülki vətəndaş isə yaralanıb.

Qeyd olunub ki, son 1 ayda - oktyabrın 1-dən oktyabrın 30-dək ukraynalılar arasında 274 ölüm, 769 yaralanma halı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə