Afrikanın ən böyük və ən məşhur dişi fili olduğuna inanılan "Tsavo kraliçası" olaraq da tanınan "Dida"nın qocalıqdan öldüyü açıqlanıb. SİA xəbər verir ki, Keniya Vəhşi Təbiət Xidmətinin verdiyi açıqlamada, "Dida"nın fillər üçün yuxarı yaş həddi olan 60-65 arasında olduğu və "qocalıqla əlaqədar təbii səbəblərdən öldüyü" bildirilib.
Keniya Vəhşi Təbiət Xidməti qeyd edib ki, "Dida Tsavo" sürüsünü bir çox fəsillərdə və çətin vaxtlarda otardı: "O, müxtəlif sənədli filmlərin mövzusuna çevrilib”.
Qeyd edək ki, keçən il Keniyada Şərqi Afrikaya təsir edən quraqlıq səbəbindən 179 fil tələf olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB