Hollandiyada PKK tərəfdarları polisə hücum etdi - yaralananlar var

Hollandiyada PKK tərəfdarları polisə hücum etdi - yaralananlar var

Hollandiyanın Haaqa şəhərində terror təşkilatı PKK tərəfdarları polisə hücum edib. SİA xəbər verir ki, hadisələrdə 12 PKK üzvü saxlanılıb, 3 nəfər də yaralanıb.

Təşkil etdikləri aksiyada polis əllərində terror təşkilatının cır-cındırı ilə Türkiyənin Haaqa səfirliyinə doğru yürüş etmək istəyən terror tərəfdarlarına icazə verməyib. Terrorçu tərəfdarlar onlara icazə verməyən polisə hücum edərkən, 12 PKK tərəfdarı polis tərəfindən nəzarətə alınıb. Polis hadisələr zamanı 3 nəfərin yaralandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə