İran Rusiyaya yeni silahlar göndərəcək

İran Rusiyaya yeni silahlar göndərəcək

İran 2022-ci ilin sonuna qədər Rusiyaya 1000-ə yaxın silah tədarük edəcək. SİA xəbər verir ki, bu barədə CNN Qərb ölkələrindən birinin rəsmilərinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, silahların tədarükünə pilotsuz uçuş aparatları (PUA) və qısa mənzilli ballistik raketlər daxil olacaq.

CNN-in məlumatına görə, bir müddət əvvəl İran Rusiyaya artıq Ukraynadakı müharibədə istifadə edilən 450 PUA göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə