Xerson vilayətinin administrasiyası Kaxovka bölgəsinin sakinlərini hərbi təhlükənin yüksək səviyyədə olması səbəbindən dərhal bölgəni tərk etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu şəhər administrasiyanın mətbuat xidmətindən bildirilib.
Rəhbərlik müraciətində evakuasiyanın mütəşəkkil şəkildə, ancaq avtomobil yolu ilə həyata keçirildiyini bildirib.
Səlahiyyətlilər bəyan edib ki, kənd sovetlərində, "Meliorator" istirahət mərkəzində, eləcə də Kaxovka VGA-da yola düşmək üçün qeydiyyatdan keçə bilərsiniz. Yola çıxarkən özünüzlə sənədlər, pul, qiymətli əşyalar və isti paltar da götürməlisiniz.
Rəsmilər, qalan əhalinin məcburi təxliyəsinin noyabrın 6-dan başlayacaqlarını da bildiriblər.
Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo isə öz növbəsində sakinləri “sakitliyə və soyuqqanlı olmağa, mütəşəkkil evakuasiya üçün müəyyən edilmiş bütün qaydalara əməl etməyə və panikaya düşməməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB