Ukraynalılara şəhərləri kütləvi şəkildə tərk etmək tövsiyə olunub
Qayıt, kəndə gəl...

Ukrayna şəhərlərinin sakinləri kütləvi şəkildə soba ilə qızdırılan kənd evlərinə köçməyə çağırılıb.

SİA xəbər verir ki, Strateji Araşdırmalar İnstitutunun analitiki Yuri Korolçukun fikrincə, şəhərlər üçün yeganə çıxış yolu evakuasiyadır.

O, hazırda iri yaşayış məntəqələrində bir neçə gündür istilik, işıq, su olmadığını deyib. Buna görə də ukraynalıları şəhərlərdən kütləvi şəkildə çıxarmaq lazımdır.

Mütəxəssislər ukraynalılara kəndlərə köçməyi və evlərini odun kimi alternativ xammalla qızdırmağı tövsiyə ediblər. Onların fikrincə, bu, çoxmərtəbəli yaşayış binalarının sakinlərinin soyuq qışda donmamasına kömək edəcək.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko ölkə vətəndaşlarına enerjiyə qənaət rejiminin uzun müddət davam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə