“Ukrayna ən çox ehtiyacı olan ölkələrə taxıl göndərməyib”

Türkiyə Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırmaq qərarından şoka düşdüyünü bildirir
“Ukrayna ən çox ehtiyacı olan ölkələrə taxıl göndərməyib”

Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kırışçı çərşənbə axşamı Türkiyə Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırmaq qərarından şoka düşdüyünü bildirib.

“Taxıl dəhlizindən 421 gəmi keçib. Onların daşıdığı yüklərin ümumi həcmi 9,7 milyon ton təşkil edib. Yüklərin 61 faizini Avropa ölkələri, 20 faizini Asiya, 13 faizini Afrika ölkələri alıb. Qalanları isə ən geridə qalmış ölkələrə göndərilib. Rusiya hücumu nəzərdə tutaraq “mən bu işdə deyiləm” dedikdə biz yenə şoka düşdük, amma əminəm ki, prezidentimizin rəhbərliyi ilə bu maneə də keçəcək. Biz kənd təsərrüfatına, fermerlərimizə qayğı göstərməyə və dəstəkləməyə davam edəcəyik”.

SİA xəbər verir ki, bunu Vahit Kırışçı “Hürriyet” qəzetinə danışarkən bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Rusiya Federasiyası və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub, həmin danışıqlarda taxıl müqaviləsi müzakirə edilib və onun bərpası üçün şərtlər müəyyən edilib.

Belə ki, Putin türkiyəli həmkarının diqqətini Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına maneələrin açılmasına dair paket sazişlərinin ikinci hissəsinin yerinə yetirilməməsinə yönəldib. Rusiya Federasiyasının prezidenti həmkarına onu da bildirib ki, Ukrayna taxılının ixracı ilə bağlı bu sazişlərin qüvvəyə mindiyi üç ay ərzində ən çox ehtiyacı olan ölkələrə prioritet qaydada ərzaq çatdırılmasını təmin etmək tapşırığı yerinə yetirilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə