ABŞ Ukraynaya səkkiz NASAMS verir

ABŞ Ukraynaya səkkiz NASAMS verir

ABŞ Ukraynaya səkkiz NASAMS orta mənzilli hava hücumundan müdafiə sistemi və sursat tədarük edəcək. SİA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Beləliklə,yaxın gələcəkdə iki ədəd, daha sonra isə altı ədəd - təhvil veriləcək.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq keçən həftə Ukrayna ordusunun NASAMS hava hücumundan müdafiə sistemlərinin istifadəsi üzrə təlim prosesini tezliklə başa çatdıracağını, bundan sonra onların Ukraynaya göndəriləcəyinin mümkün olacağını bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, NASAMS hava hücumundan müdafiə sistemlərinin noyabrın əvvəlində Ukraynaya çatdırılması gözlənilir.

ABŞ həmçinin VAMPIRE sistemi və digər radar sistemləri də daxil olmaqla bir sıra pilotsuz təyyarələr yaratmağı da planlaşdırır.

Qeyd edək k, NASAMS orta mənzilli mobil zenit-raket kompleksi bütün hava şəraitində aşağı və orta hündürlükdəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl ABŞ-ın Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində Kiyevə səkkiz belə sistem tədarük etmək niyyətində olduğunu bildirmişdi.

Avqustun sonunda Pentaqon komplekslərin Ukraynaya təhvil verilməsi üçün “Raytheon” ilə 182,2 milyon dollardan artıq dəyərində müqavilə imzalayıb.

Qeyd edək ki, indi NASAMS-dan ABŞ, Norveç, Finlandiya, İspaniya, Hollandiya, Oman, Lita, İndoneziya, Avstraliya, Qətər, Macarıstan da daxil olmaqla 12 ölkə istifadə edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə