Almaniyanın sənaye müəssisələri 2022-ci ilin sentyabrında qaz istehlakını əhəmiyyətli dərəcədə azaldıblar.
SİA xəbər verir ki, bunu Hertie Berlin İdarəetmə Məktəbinin mütəxəssisləri “Econstor” portalı üçün məqalədə bildiriblər.
Tədqiqatçılar qeyd ediblər ki, mavi yanacağın istehlak həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Mütləq ifadə ilə desək, alman sənayesi bir ayda altı teravatt-saata qənaət edib.
Ekspertlərin fikrincə, qaz istehlakında azalma tendensiyası qısa müddətdə davam edəcək. Bu, təbii ki, enerji bazarında hələ də resursların qiymətlərinin çox yüksək olması ilə bağlıdır.
Analitiklər, şirkətlərin artan xərclərin öhdəsindən gəlmək üçün əhəmiyyətli səylər göstərdiklərini izah ediblər. Xüsusilə, mallarının qiymətini qaldırdılar, alternativ yanacağa keçdilər, enerji tutumlu komponentləri dəyişdirdilər.
Yeri gəlmişkən, alman ev təsərrüfatları da, öz növbəsində, illik qaz istehlakını 36 faiz azaldıb. Tədqiqatçıların fikrincə, daha da azalma yalnız sakinlər soyuqlar zamanı evlərinin istilik temperaturunu artırmamağa razılaşdıqları təqdirdə mümkündür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB