“Biz orada iştirak edirik. Biz bunu gizlətmirik, amma...”

“Biz orada iştirak edirik. Biz bunu gizlətmirik, amma...”

ABŞ Belarusun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına qoşulmaqda maraqlı olduğunu görmür.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

O, həmçinin hipersəs silahlarının ölkə ərazisinə keçirilməsi ilə bağlı iddiaları da təsdiqləməyib.

Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko, Minskin Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak etdiyini, lakin öz ordusunu ora göndərmədiyini demişdi.

“Biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük. Biz öhdəliklərimizi pozmuruq”.

Xatırladaq ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko demişdi.

Gərək ki, yadınızda olar, oktyabrın 10-da Moskva və Minskin İttifaq dövlətinin qərb sərhədlərində birgə qoşun qruplaşması yaradıblar. Səbəb isə bölgədə vəziyyətin gərginləşməsi və hücum təhlükəsi göstərilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə