Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 40 faizinin zədələndiyini deyib.
Qeyd edək o, Avropa komissarı Kadri Simsonla görüşü zamanı belə bir qiymət verib.
SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər dəymiş ziyanın payı Ukrayna rəhbərliyi tərəfindən 30 faiz qiymətləndirilmişdi.
Xatırladaq ki, bundan əvvəl Ukrayna paytaxtının meri Vitali Kliçko, Kiyevin infrastrukturuna hücumlar nəticəsində şəhərdə 350 min mənzilin elektrik enerjisi ilə təmin edən enerji obyekti zədələndiyini demişdi.
Merin sözlərinə görə, hazırda “Ukrenerqo”nun mütəxəssisləri, DTEK enerji şirkətinin əməkdaşları və fövqəladə hallar xidməti ilə elektrik obyektində təmirə başlayıblar.
Rusiyanın Ukrayna xüsusi xidmət orqanlarını günahlandırdığı Krım körpüsündə törədilən terror aktından iki gün sonra oktyabrın 10-da səhər saatlarında hadisə şahidləri Kiyevdə çoxsaylı partlayışların olduğunu bildiriblər. Kiyevdən sonra Ukraynanın Dnepr, Lvov, Ternopil, Vinnitsa, Xmelnitski və Jitomir vilayətlərində silsilə partlayışlar baş verib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin həmin gün Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirildiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB