Sandu “rusiyapərəst partiyaları” ölkədəki sabitliyi pozmaqda ittiham edib

Sandu “rusiyapərəst partiyaları” ölkədəki sabitliyi pozmaqda ittiham edib

Moldova prezidenti Maia Sandu “rusiyapərəst partiyaların” ölkədəki sabitliyi pozmaq istəyini açıqlayıb. O, bu barədə noyabrın 1-də danışıb. SİA xəbər verir ki, dövlət başçısı respublikanın hansı yolu seçəcəyini də açıqladı.

Moldova prezidenti Maia Sandu, Rusiyayönlü partiyalarla birləşən Moldovadan olan “oğrular qrupu”nu həbsdən yayınmaq üçün ölkəni yandırmağa belə hazır olduqlarını bildirib.

O, müxalifətdəki Şor partiyasının rəhbərlik etdiyi hökumət əleyhinə son etirazları belə şərh edib. Prezident əlavə edib ki, bu qrup öz maraqları naminə vətəndaşların sülhünü və təhlükəsizliyini satmaq üçün böyük resurslar yatırırlar.

Sandunun sözlərinə görə, Moldova şəraitdən asılı olmayaraq Avropa yolunu davam etdirəcək: “Moldova demokratiyaya, böyük Avropa ailəsinə gedən yoldan dönsə, bizim üçün, eləcə də Rumıniya və bütün region üçün dramatik olardı”.

Xatırladaq ki, Moldovada müxalifət qüvvələrinin etiraz aksiyaları yaydan bəri dayanmır. Qəzəbin səbəbi, rekord inflyasiya, qazın, digər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin görünməmiş artımı, habelə ümumi həyat səviyyəsinin aşağı düşməsi olub.

Kişinyovun Moldovanı Qərbin anti-Rusiya siyasətinin alətinə çevirmək cəhdləri iqtisadi, sosial və siyasi sahədə ciddi nəticələrə gətirib çıxaracağı iddia edilir. Etirazçılar hazırkı hakimiyyəti böhranın öhdəsindən gələ bilməməkdə ittiham edərək prezidentin, parlamentin və hökumətin istefasını, həmçinin növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, bundan əvvəl Moldovanın eks-prezidenti İqor Dodon, hakimiyyətin etirazçılarla dialoq əvəzinə müxalifət nümayəndələrinə qarşı siyasi repressiyalar həyata keçirdiyini bildirmişdi. Onun sözlərinə görə, onlara qarşı cinayət işləri qurulur, mediaya çıxış məhdudlaşdırılır, müxalifət partiyalarının ləğvi ilə hədələnir.

Sandu həmçinin hüquq-mühafizə orqanlarından "mitinqlərdə iştirak etmək üçün pul ödəyənlərin qeyri-qanuni maliyyə mənbələrini müəyyənləşdirməyi və ciddi şəkildə cəzalandırmağı tələb edib.

Yeri gəlmişkən, hakimiyyətin təzyiqlərinə baxmayaraq, Moldovada müxalifət partiyaları ümumi platforma yaratmağa razılaşıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə