Norveçdə helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
SİA xəbər verir ki, yerli polis Verdal bölgəsində baş verən qəzadan sonra dərhal axtarış-xilasetmə işlərinə başlanıldığını bildirib.
Rəsmilər helikopterdə olan 3 nəfərdən 2-nin həyatını itirdiyini, 1-nin isə ağır yaralandığını bildirib.
Bildirilib ki, qəza helikopterin yaşayış məntəqələrindən aralıda pis əlverişsiz hava şəraiti səbəbindən bir neçə uğursuz eniş cəhdindən sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB