Lukaşenko KTMT-nin baş katibi Stanislav Zas ilə görüşüb

Lukaşenko KTMT-nin baş katibi Stanislav Zas ilə görüşüb

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrin daxili siyasi problemlərini həll etmək üçün yaradılmadığını bildirib.
SİA xəbər verir ki, Lukaşenko Minskdəki Müstəqillik Sarayında KTMT-nin baş katibi Stanislav Zas ilə görüşüb.
Azərbaycan və Ermənistan arasındakı münaqişənin başa çatmasının vacibliyini vurğulayan Aleksandr Lukaşenko Tacikistan-Qırğızıstan sərhədindəki münaqişələrin dərinləşməsinin qəbuledilməz olduğuna diqqət çəkib.
Lukaşenko bunun da KTMT-nin növbəti iclasında müzakirə olunmasını təklif edib.
Lukaşenko bəyan edib ki, KTMT ilə işləmək istəyənlərlə işləyəcək və onun hərbi-siyasi təşkilat olduğunu dünyaya göstərəcəklər.
"Bunları heç bir oyun oynamadan, daxili siyasi problemləri həll etmək üçün KTMT-dən istifadə etmədən edəcəyik. Hamının belə problemləri var, amma biz KTMT-ni bunun üçün yaratmamışıq",-deyə Aleksandr Lukaşenko vurğulayıb.
Qarabağda müharibənin bitdiyini və Rusiyanın vasitəçi olduğunu xatırladan Aleksandr Lukaşenko vurğulayıb ki, Avropa İttifaqını və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) bölgəyə sürükləməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə