Rusiya Livana buğda və yanacaq dəstəyi verəcək

Rusiya Livana buğda və yanacaq dəstəyi verəcək

Rusiyanın Livana 25 min ton buğda və 10 min ton yanacaq dəstəyi verəcəyi bildirilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiyə mətbuata verdiyi açıqlamada Rusiyanın ərzaq və elektrik böhranı ilə mübarizə aparan ölkəyə 25 min ton buğda və 10 min ton yanacaq bağışlayacağını bildirib.

Hamiye Rusiya Prezidenti Vladimir Putinin Livan üçün buğda və yanacaq qrantını təsdiqlədiyini bildirib.

Bu məsələ ilə bağlı dünən-31 oktyabr Livana məlumat verildiyini deyən Hamiyə Moskvanın buğda və yanacaq dəstəyini nə vaxt göndərəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

Livana dəstəyin Rusiyanın taxıl dəhlizi sazişini dayandırmasından sonra gəlməsi diqqət çəkib.

Rusiya ilə Ukrayna arasında 24 fevralda başlayan müharibədən ərzaq baxımından ən çox zərər görən ölkələr arasında olan Livan daha əvvəl buğdanın 65 faizini bu iki ölkədən idxal edirdi.

Türkiye və Birləşmiş Millətlər Təşkilatının liderliyi ilə Ukrayna ilə Rusiya arasında imzalanan Taxıl Dəhlizi sazişi çərçivəsində Ukraynadan yola düşən Livanın ilk taxıl gəmisi sentyabrın 26-da ölkənin şimalındakı Tripoli limanına çatıb.

Rusiya oktyabrın 29-da Ukraynadan taxıl nəqliyyatını nəzərdə tutan sazişi dayandırdığını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə