"Helloven" bayramında silahlı hücum baş verib

"Helloven" bayramında silahlı hücum baş verib

ABŞ-nın Çikaqo şəhərində "Helloven" şənliyi zamanı toplaşan kütləyə şübhəli avtomobildən atəş açılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 14 nəfər yaralanıb.

Polisin hücumla bağlı verdiyi açıqlamada ikisi uşaq olmaqla 14 nəfərin yaralandığı bildirilib. Çikaqo Polis Departamentinin sözçüsü yaralıların həyati təhlükəsi olduğunu və müalicənin davam etdiyini açıqlayıb.

Qeyd edək ki, ilkin istintaq çərçivəsində avtomobildə 2 nəfərin şübhəli bilindiyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə