Özbəkistan Daxili İşlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi daxili sənəd layihəsində penitensiar ölkənin müəssisələrdə saxlanılan məhbuslar üçün elektron dövlət xidmətlərindən və notariat xidmətlərindən istifadə üçün administrasiya tərəfindən ayrıca binaların ayrılması nəzərdə tutulur.
Beləliklə, SİA-nın da əldə etdiyi məlumata görə, cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar üçün müəssisənin müdiriyyəti tərəfindən elektron dövlət xidmətlərindən, o cümlədən notariat xidmətlərindən istifadə üçün ayrıca otaq ayrılacaq.
Verilən məlumatlara görə, bu otaq ümumdünya internet informasiya şəbəkəsinə qoşulmuş veb-kamera və kompüter avadanlığı ilə təchiz olunacaq.
Onu da qeyd edək ki, bu məsələ Özbəkistanın Baş Prokurorluğu, Səhiyyə Nazirliyi, Məşğulluq və Əmək Münasibətləri Nazirliyi və Ali Məhkəməsi ilə razılaşdırılıb.
Layihə müəlliflərinin sözlərinə görə, onun həyata keçirilməsi ilə bağlı bütün xərclər Daxili İşlər Nazirliyi yanında Cəzaların İcrası İdarəsinin Mərkəzləşdirilmiş Fondu tərəfindən ödəniləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB