Yunanıstanda miqrantları daşıyan qayıq batıb

Yunanıstanda miqrantları daşıyan qayıq batıb

Yunanıstan sahillərində içərisində 68 nəfərin olduğu miqrant qayığı batıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ayığının batması nəticəsində 9 nəfərin xilas edildiyi, onlarla insanın itkin düşdüyü bildirilib.

Yunanıstan Sahil Mühafizəsi axtarış-xilasetmə işlərində 1 gəmi, 1 helikopter və 2 qayığın iştirak etdiyini bildirib. Qayıqda olan sərnişinlərin Əfqanıstan, İran və Misirdən olduğu qeyd edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə