“Nalgae” qasırğasında ölənlərin sayı 110-a çatıb

“Nalgae” qasırğasında ölənlərin sayı 110-a çatıb

Keçən həftə sonu Filippinin cənub hissələrinə təsir edən "Nalgae" Tayfununda balans getdikcə ağırlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, güclü yağışların yaratdığı sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 110-a yüksəlib.

Qasırğada 101 nəfərin yaralandığı, 33 nəfərin itkin düşdüyü üçün axtarışların davam etdiyi bildirilib. Təxminən 866 min insanın evlərini tərk etməsinə səbəb olan "Nalgae" qasırğasının ümumilikdə 2,4 milyon sakinə təsir edib.

Kənd təsərrüfatına dəyən zərərin təxminən 22,4 milyon dollar olduğu bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə