Somalidə ölənlərin sayı 120 nəfərə çatıb

Somalidə ölənlərin sayı 120 nəfərə çatıb

Somalinin paytaxtı Moqadişuda "Aş-Şabab" qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Somalinin səhiyyə naziri Əli Hacı Adan bildirib.

Qeyd edək ki, bazar günü Moqadişu meriyası 104 nəfərin öldüyünü bildirib.

Zərərçəkənlərə yardım üçün Somali hökuməti 1 milyon dollar məbləğində xüsusi fond yaradıb. Prezident Həsən Şeyx Mohamud bazar ertəsi dünya ictimaiyyətini terror aktı qurbanlarına maliyyə yardımı göstərməyə çağırıb.

Oktyabrın 29-da səhər saatlarında kamikadzelər Moqadişu şəhərinin mərkəzində yerləşən Təhsil Nazirliyinin qarşısında iki minalanmış avtomobili partladıblar. Terror hücumu 2017-ci ildən - “Safari” oteli yaxınlığında törədilən 587 nəfərin həlak olduğu iki partlayışdan sonra Somalidə ölənlərin sayına görə ən böyük terror aktıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə