“Ya yarım milyon rubla qədər cərimə, ya da beş il türmə...”

“Ya yarım milyon rubla qədər cərimə, ya da beş il türmə...”

“Vahid Rusiya” fraksiyası Rusiya Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayır, ona görə hərbi xidmətdən yayınanları yarım milyon rubla qədər cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İzvestiya” verir.

Burada söhbət təkcə qismən səfərbərlikdən getmir. Məsələn, təşəbbüsün müəlliflərindən biri olan Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Ernest Valeyevin sözlərinə görə, səfərbərlik haqqında bir çox qanunlar 1941-ci ildən həyata keçirilmədiyi üçün işləməyib.

Valeyevin dediyi kimi, məlum olub ki, Cinayət Məcəlləsinin çağırışdan yayınma ilə bağlı 328-ci maddəsi yalnız ilk dəfə hərbi xidmətə çağırılan şəxslərə şamil edilir. Deputat bunu yanlış adlandırıb. Rusiyalı deputat təklif olunan təşəbbüsü “qanunvericilikdəki boşluqların aradan qaldırılması” adlandırıb.

“Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyası sədrinin birinci müavini Oleq Nilov isə hazırda bu təşəbbüsün el bir əhəmiyyəti olmadığını bildirib. Çünki hazırda qismən səfərbərlik başa çatıb. Onun sözlərinə görə, azadlıqdan məhrum etmə növündə cəza isə...yalnız son tədbir kimi tətbiq edilməlidir.

Digər fraksiyaların fikrincə,.. yaxşı olar ki, ruslar şüurlu şəkildə öz ölkələrini müdafiə etməyə getsinlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə