Pelosinin həyat yoldaşına hücumda yeni ittihamlar ortaya çıxıb

Pelosinin həyat yoldaşına hücumda yeni ittihamlar ortaya çıxıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə (82) təcavüz edən 42 yaşlı Devid Depape hücum və adam oğurluğu cəhddində ittiham olunub. SİA xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, Şimali Kaliforniya Bölgəsi Prokurorluğu, Paul Pelosiyə San Fransiskodakı evində çəkiclə hücum edərək başından yaralayan Depapeni iki ayrı ittihamla hücum və adam oğurluğuna cəhddə həbs olunması tələb edilib.

Hücumun səbəbinin araşdırılması Federal Təhqiqat Bürosu (FTB) və Konqresin Polis Departamenti ilə birlikdə aparılarkən, təcavüzkarın rayon prokurorunun ittiham aktından başqa federal cinayətlərdə də ittiham oluna biləcəyi ifadə edilib. Paul Pelosiyə hücum zamanı "Nensi haradadır?" səs yazısı ortaya çıxan Depapenin ABŞ dövlət məmurununu hədəfə aldığı üçün 20 il, həyat yoldaşına təcavüz etdiyi üçün isə 30 ilə qədər həbs cəzası ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə