Meksikanın Miçoakan əyalətində tələbələr keçən həftə avtobus yandırdıqları səbəbilə həbs olunan dostlarının sərbəst buraxılmasını tələb edərək etiraz aksiyası keçiriblər. SİA xəbər verir ki, tələbələr əksəriyyəti pikap olan 10 avtomobili yandırıblar.
Ştatın müxtəlif yerlərində nümayişlər keçirən tələbələr yandırdıqları maşınlarla Carapan və Paraço şəhərlərində bəzi yolları bağlayaraq dostlarının sərbəst buraxılmayacağı təqdirdə daha çox avtomobili yandıracaqları ilə hədələyiblər. Miçoakan qubernatoru Alfredo Ramirez Bedolla mətbuat konfransında tələbələrin tələblərini yerinə yetirməyəcəklərini açıqlayıb və avtobusun yandırılmasında iştirak edən 3 tələbənin ancaq məhkəmənin qərarı ilə sərbəst buraxıla biləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB