Sosial media fenomeni Səhər Təbər həm zombi, həm də məşhur aktrisa Ancelina Colini xatırladan arıq görünüşə malik olduğu iddia edilən görüntülərlə dünyanı heyrətə gətirib. SİA xəbər verir ki, uşaqlıqdan məşhur olmaq arzusunda olduğunu dilə gətirən Səhər Təbər zombi görünüşünü xatırladan görünüşü ilə sosial şəbəkədə paylaşımlara başlayıb.
Paylaşımlarından sonra qısa müddət ərzində dünya manşetlərində yerini alan Təbər əsl üzünü ictimaiyyətə göstərdikdən sonra illərdir izləyicilərini aldatdığını etiraf edib.
Sosial media ulduzu heç vaxt plastik əməliyyat etdirmədiyini və görüntülərin kompüter effektləri olduğunu deyərək hər kəsi təəccübləndirib.
Sosial şəbəkədə qorxulu görünüşü ilə qısa zamanda məşhurlaşan Təbər televiziya kanalına çəkilərək əsl simasını göstərib. “İnstaqram"da gördüyünüz görüntü yaratmaq üçün istifadə etdiyim kompüter effektləri idi”, - deyə Təbər dövlət mediasına bildirib.
"Uşaqlıqdan məşhur olmaq istəyirdim və bu, mənim üçün həqiqətən asan bir yol idi". Həbsdən çıxandan sonra artıq şəkil paylaşma proqramından istifadə etməyəcəyini iddia edən Təbər, “Artıq populyar olmaq həvəsim yoxdur. Artıq səhifəmi bir yana qoyaq, telefonuma da yükləməyəcəyəm. Sosial media ilə işim bitdi" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB