Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın prezidenti seçilən Lula da Silvaya zəng edərək təbrik mesajını çatdırıb. SİA xəbər verir ki, Ərdoğan Lula da Silvaya yanvarın 1-də başlayacaq yeni səlahiyyət müddətində uğurlar arzulayıb.
2010-cu ildə birlikdə "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırdıqları ikitərəfli münasibətlərin yeni dövrdə daha da inkişaf edəcəyinə inandığını ifadə edən Ərdoğan, iki böyük G-20 üzvü olan Türkiyə və Braziliya arasında sıx əməkdaşlığın olduğunu bildirib. Braziliya, qlobal çətinliklərlə mübarizə baxımından da istiqamətini təyin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB