Hulusi Akar Şoyqu ilə "taxıl dəhlizi" razılaşmasını müzakirə edib

Hulusi Akar Şoyqu ilə "taxıl dəhlizi" razılaşmasını müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. SİA xəbər verir ki, nazir Akar və Rusiya Federasiyası Müdafiə naziri Sergey Şoyqu arasında keçirilən görüşdə taxıl daşınması ilə bağlı son vəziyyət müzakirə edilib.

Görüşdə nazir Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən və bütün problemlərin əməkdaşlıq və dialoqla həll oluna biləcəyini göstərən taxıl təşəbbüsünün davam etdirilməsinin böyük əhəmiyyət daşıdığını və qərarın qəbul edildiyini bildirib. O, Türkiyənin, xüsusilə də Prezident Ərdoğanın sülhün təmin olunmasında üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə