Karpov süni nəfəs aparatına qoşulub

Karpov süni nəfəs aparatına qoşulub

Şahmat üzrə dünya çempionu, “Vahid Rusiya”dan olan Dövlət Dumasının deputatı Anatoli Karpov süni nəfəs aparatına qoşulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya”nın mənbəsi məlumat verib.

Nəşrin məlumatına görə, Karpova beyin ödemi, sağ parietal və sağ temporal sümüklərin sınığı, başın çoxsaylı hematomaları və travmatik subaraknoid qansızma diaqnozu qoyulub.

Qeyd edək ki, əvvəl media deputata hücum edildiyini yazırdı.

“Moskovskiy kosomolets” Ümumrusiya Sahibkarlar Hərəkatının sədri Andrey Kovalevə istinadən yazır ki, hücum oktyabrın 29-da Dövlət Dumasının binasından çıxarkən baş verib.

Amma digər mənbələr heç bir hücumun olmadığını əminlik bildirirlər - deputat sadəcə uğursuz şəkildə yıxıldı.

Karpovun köməkçisi onun vəziyyəti ilə bağlı məlumatı media ilə müzakirə etməkdən imtina edib.

...Deyilənlərə görə, o xəstəxanaya içkili vəziyyətdə gətirilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə