Putinin dublyoru varmı?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanovun Rusiya dövlətinin başçısı Vladimir Putinin guya dublyordan istifadə etməsi barədə açıqlamasını cəfəngiyyat adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov elə belə də deyib: “...Bunu necə şərh edə bilərsən? Təbii ki, əfəngiyyat kimi!”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Budanov “Daily Mail”ə müsahibəsində “Putinin əkizləri” iddiasını səsləndirib.

Daha sonra müsahibədən çıxarışlar, o cümlədən bu ifadələr Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi Telegram kanalı tərəfindən dərc edilib.

Qeyd edək ki, Rusiya prezidentinin təhlükəsizliyi üçün dublyor cəlb etmək ideyası 2000-ci illərin əvvəllərində yaranıb, lakin, deyilənlərə görə, guya o, bundan imtina edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə