Qara dəniz donanmasına hücum edən pilotsuz təyyarələrlə bağlı təfərrüatlar açıqlanıb
Məsələ məlumdur?..

Ukrayna silahlı qüvvələri Qara dəniz donanmasının gəmilərinə hücum etmək üçün pilotsuz döyüş katerlərindən istifadə edə bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fərziyyə ilə Almabniyanın “Spiegel” jurnalının müəllifləri çıxış ediblər.

...Eyni zamanda, yerüstü cihazların texniki xüsusiyyətləri haqqında heç bir təfərrüat açıqlanmır və onların mənşəyi də aydın deyil.

Qeyd edək ki, aprel ayında ABŞ Ukraynaya sahil müdafiəsi üçün pilotsuz katerlər tədarük edəcəyinə söz verib, lakin bunun eyni model olub-olmadığı və sonradan partlayıcılarla təchiz edilib-edilmədiyi məlum deyil.

Dronların köməyi ilə həyata keçirilən Ukrayna silahlı qüvvələrinin hücumu oktyabrın 29-u səhər saatlarında məlum olub.

Sonradan, Sevastopol hakimiyyətinin məlumatına görə, Qara dəniz donanmasının gəmiləri hücumu dəf etsə də, amma şəhərdəki obyektlərə zərbə endirilib,.. ölən və xəsarət alan olmayıb.

Daha sonra şəhərin yaxınlığındakı akvatoriyada yerüstü pilotsuz uçuş aparatının da məhv edildiyi bildirilir.

Ardınca Rusiya Müdafiə Nazirliyi taxıl müqaviləsinin dayandırıldığını elan edib.

Qeyd edək ki, agentlik Böyük Britaniyanı hücumda əli olmaqda ittiham edib və bunu terror hücumu adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə