Hindistan və Türkiyə sanksiyalar fonunda Rusiyadan idxalı artırır
Rusiyadan idxalın həcmi ona qarşı sanksiyaların tətbiqindən sonra kəskin şəkildə azalıb, lakin bir sıra ölkələr, o cümlədən Hindistan, Türkiyə və Braziliya fevralın sonundan etibarən tədarükləri əhəmiyyətli dərəcədə artırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.
Hindistan Rusiyadan mal idxalını 430 faiz, Türkiyə 213 faiz, Braziliya isə 166 faiz artırıb.
Qəzet qeyd edir ki, Avropa ölkələri arasında Rusiya idxalını Belçika 130, İspaniya 112 və Hollandiya isə 74 faiz artırıb.
Qeyd edək ki, ötən gün “Bloomberg” agentliyi, Avropa İttifaqının Ermənistan və Qazaxıstanın Rusiyadan məişət texnikası tədarükünü artmasından narahat olduğunu yazıb.
Avropa Statistika Agentliyinin məlumatına görə, Ermənistan bu ilin ilk səkkiz ayında Aİ-dən son iki illə müqayisədə daha çox paltaryuyan maşın idxal edib.
Evrostatın məlumatına görə, Qazaxıstan Avropa İttifaqından demək olar ki, 21,5 milyon dollar dəyərində soyuducular idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Bundan əlavə, həm Ermənistan, həm də Qazaxıstan ölkədə doğum səviyyəsinin aşağı düşməsi səbəbindən elektrik döş pompalarının alışını kəskin şəkildə artırıb.
“Bloomberg” mənbələri etiraf edir ki, məişət texnikasının bəzi komponentləri və mikrosxemləri hərbi məqsədlər üçün istifadə edilə bilər. Qeyd edilir ki, bu da, Brüsseldə narahatlıq yaradır.
Bu arada Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, sentyabr ayında paralel idxal çərçivəsində Rusiyaya dəyəri 9 milyard dollardan çox olan bir milyon tondan çox müxtəlif mallar gətirilib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ, Britaniya və Aİ Moskvaya qarşı sanksiyalar tətbiq edib. Fevralın sonundan etibarən onlar bir neçə dəfə sərtləşdirilib. Məhdudiyyətlər, digərləri ilə yanaşı, Rusiyanın enerji resurslarına və xammallarına, zərgərlik məmulatlarına, kosmetika və siqaretlərə də aiddir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB