Medvedevin Ukrayna ilə bağlı “məzəsi”...

Medvedevin   Ukrayna ilə bağlı “məzəsi”...

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında Ukraynada aşkar edilmiş, müasir hərbi elmin izah edə bilmədiyi qeyri-adi nümunələrə diqqət yetirməyə çağırıb.

“...Ukraynada müasir hərbi və mühəndislik elminə uyğun gəlməyən qəribə nümunələr aşkar edilib”, - Bunu Medvedev məzə ilə bildirib.

Təhlükəsizlik Şurasının sədr müavini Ukrayna mediasının daim hava hücumundan müdafiə sisteminin uğurlarından yazdığını bildirib. Və əlavə edib ki,.. hava hücumundan müdafiə tədbirləri ilə bağlı hesabatları nə qədər yaxşı olsa, ölkədə su və elektrik enerjisi ilə bağlı vəziyyət bir o qədər pisləşir.

Medvedev zarafatla belə nəticəyə gəlib ki, bu paradoksun hərtərəfli tədqiqi aparılmalıdır.

Qeyd edək ki, o, paylaşımını döyüş gəmisinin düşmənə raket zərbəsi endirdiyini əks etdirən video ilə müşayiət edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə