İran Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirdi

İran Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun qayıqları Fars körfəzində “qaçaq yanacaq” daşıdığını irəli sürərək xarici bayraqlı gəmini ələ keçirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-nın Hörmüzqan vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Mücteba Qəhrəmaniyə istinad etdiyi xəbərə görə Fars körfəzində qaçaqmalçılıq yolu ilə 11 milyon litr yanacaq yükləndiyi aşkarlanan gəmi İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri tərəfindən müsadirə edilib.

Gəminin kapitan və şəxsi heyəti nəzarətə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə