Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində layihənin tamamlandığını rəsmən elan edib. Çağırış vərəqələrinin hazırlanması və yayılması dayandırılır. Baş Qərargah müdafiə naziri Sergey Şoyqunun tapşırığı ilə komandirlərdən qismən səfərbərliyin başa çatması barədə hesabat vermələrini tələb edib. Artıq noyabrın 1-dən Rusiyada hərbi xidmətə payız çağırışı başlayır. Bundan əvvəl Baş Qərargah çağırışçıları xüsusi əməliyyata göndərməyəcəyinə söz vermişdi.
Qərargah və toplama məntəqələrinə çevrilmiş bütün binalar keçmiş sahiblərinə qaytarılacaq. Hərbi komissarlıqların əməkdaşları adi işlərinə qayıdacaqlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı onlar artıq müvafiq göstərişlər alıblar.
Müdafiə Nazirliyi də vəd verib ki, hərbi komissarlıqlar yalnız könüllü və müqavilə əsasında qoşunlara cəlb olunacaqlar. Oktyabrın 28-də Şoyqu prezident Vladimir Putini məlumatlandırıb ki, səfərbərlik əmri bütün ölkə üzrə icra olunub.
Qoşunlara 300 min nəfər cəlb olunub, onlardan 218 mini poliqonlarda təlim keçir, 82 mini isə artıq xüsusi əməliyyata göndərilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB