Bazar ertəsi, oktyabrın 31-də Hollandiyada NATO-nun himayəsi altında iri hərbi təlimlər başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Niderlandın Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin əsas vəzifəsi genişmiqyaslı hava-desant əməliyyatlarına hazırlaşmaqdır. Noyabrın 18-dək davam edəcək təlimdə Hollandiya, Almaniya, Polşa və ABŞ-dan 1000-dən çox hərbçi və 37 helikopter iştirak edir.
Nazirlik hadisənin qumbaraatanların və alçaqdan uçan helikopterlərin partlaması ilə əlaqədar ölkənin bir çox bölgələrində sakinlərə narahatlıq yarada biləcəyi ilə izah edib. Bu arada TASS xəbər verir ki, bununla bağlı insanlar səs-küydən şikayət edə və istənilən narahatçılıq barədə məlumat verə biləcək xüsusi sayt açılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB