Dövlət strukturları bir-birlərinə öz bəyanatlarını təsdiq edən sübutlar təqdim etmirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, RBC bildirir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Nəşr xatırladır ki, söhbət Rusiya Müdafiə Nazirliyinin oktyabrın 29-da Sevastopol körfəzində gəmilərə hücumun Britaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinin rəhbərliyi altında həyata keçirildiyi barədə bəyanatından gedir.
Təbii ki, Britaniya Müdafiə Nazirliyi hücumda iştirakını təkzib edib.
Peskovun sözlərinə görə, Müdafiə Nazirliyinin bəyanatı hər kəs üçün kifayətdir. “Bu, mütləq etimada layiq olan rəsmi mənbədən daha çox şeydir” deyə o bildirir.
Xatırladaq ki, hücumdan sonra Rusiya hərbi idarəsi Rusiyanın “taxıl müqaviləsi”ndə iştirakını dayandırdığını elan etmişdi. Moskva sövdələşməni hazırkı formatda həyata keçirilməz hesab edib və Kiyevi razılaşmaları pozmaqda ittiham edib.
İndi də... Rusiya yalnız Qara dəniz donanmasının gəmilərinə hücumun şərtlərini araşdırdıqdan sonra sövdələşməyə qayıda bilər.
Qeyd edək ki, Rusiya tərəfi hələ o vaxt... “Şimal axını” qaz kəmərləri zədələnəndə də Böyük Britaniyadan şübhələnmişdi. Onda Londonda da ruslara Moskva yalançı “epik proporsiyaların” yayılmasına əl atdığını bildirmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB