...Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər edəcək. SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib.
“...Qafqaz ölkələri strateji əhəmiyyət kəsb edir. Təbii ki, biz digər ölkələrin rəsmilərinin İrana səfərini alqışlayırıq və bu səfərləri bütün ölkələrlə münasibətlərin təşviqi və yaxşılaşdırılması istiqamətində atılan addım kimi qiymətləndiririk”. İran rəsmisi deyib bunları.
İranın “İRNA” agentliyinin məlumatına görə, Ermənistan baş nazirinin Tehrana gözlənilən səfərinə istinadən Məhəmməd Cəmşidi, Nikol Paşinyanın ikitərəfli danışıqlar və İran prezidentinin dəvəti ilə səfər edəcəyini əlavə edib.
Səfər zamanı Ermənistanın baş nazirini iqtisadi və siyasi nümayəndə heyəti müşayiət edəcəyi də bildirilir.
Qafqazın geosiyasi mövqeyini və sərhədlərinin əhəmiyyətini vurğulayan, siyasi məsələlər üzrə müavin, Tehrana artıq Türkiyə prezidentinin də səfər etdiyini də xatırladıb.
Və erməni baş nazirin Tehrana ikitərəfli və regiondakı mühüm məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün gələcəyini əlavə edib.
İran tərəfindən verilən məlumata görə, səfər zamanı Ermənistan baş naziri ilə İran prezidenti arasında danışıqlar, anlaşma memorandumunun imzalanması və mətbuat konfransı nəzərdə tutulub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB