Kipr hakimiyyəti ruslara milli viza verilməsi üçün rüsum tətbiq edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Beləliklə, qeyd edilir ki, Avropa İttifaqı ölkələrindən sonuncusu da ruslar üçün viza qaydalarını dəyişəcək. Belə ki, dekabrın 1-dən Rusiya respublikaya milli vizanın verilməsi üçün rüsum tətbiq edəcək.
Deməli, bundan sonra Kipr vizasının almaq istəyən hər bir rüsum kimi 80 avro, 6 yaşdan 12 yaşa qədər olan uşaqları üçün isə 40 avro ödəməli olacaq.
Qeyd edək ki, hazırda Kiprin milli vizası Rusiya vətəndaşlarına pulsuz verilir.
Bundan başqa, dekabrın 1-dən Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna vətəndaşları üçün istənilən kateqoriyadan olan Kipr vizalarının verilməsi üçün rüsum 35 avro, Qazaxıstan vətəndaşları üçün isə 80 avro təşkil edəcək.
Yeri gəlmişkən, oktyabrın əvvəlində Kipr hakimiyyəti rus səyahətçiləri adanın şimal hissəsinə daxil olarsa, onları cinayət məsuliyyəti ilə hədələmişdi. Belə ki, Kiprin Moskvadakı səfirliyi adanın şimalına qeyri-qanuni hava limanı və ya liman vasitəsilə gəlməyin yerli qanunları pozması kimi təqdim edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB