Hindistanda ölənlərin sayı 141-ə çatıb

Hindistanda ölənlərin sayı 141-ə çatıb

Hindistanın Qucarat ştatında asma kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə yüksəlib. SİA xəbər verir ki, bu barədə yerli NDTV məlumat yayıb.

Bildirilib ki, itkin düşənlərin axtarışı davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə