Uzunömürlüyün əsas əlaməti NƏDİR?

Uzunömürlüyün əsas əlaməti NƏDİR?

İki il ərzində vitamin B12 və Fol turşusu qəbul edən yaşlı insanların yaddaşı yaxşılaşıb. Tədqiqatın müəllifi Avstraliya universitetinin həkimi Cenin Uoker olub. SİA xəbər verir ki, tədqiqatda 65-74 yaş arası 700 nəfər iştirak edib. İştirakçılar hər gün 400mg Fol turşusu və 100mg B12 vitamini qəbul ediblər. Digər iştirakçılarsa gündəlik plasebo qəbul ediblər. 1 ildən sonra düşünmə tezliyi və yaddaşa görə aparılan testlərin nəticələri hər iki qrupda bərabər olub. 2 ildən sonra isə birinci qrup qısa və uzunmüddətli yaddaşa görə testlərdə digər qrupu üstələyib.

Hələ ki, vitaminin yaddaşa təsirinin mexanizmi məlum deyil. Həkim Ceninin fikrinə gorə vitaminlər ürək-damar xəstəliyi və yaddaş zəifliyi yaradan homosistein aminturşusunun miqdarını azaldır.

Tədqiqatın gedişi "Clinical Nutrition" jurnalında dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə