Sentyabrda İstanbula 1 milyon 607 min turist gəlib

Sentyabrda İstanbula 1 milyon 607 min turist gəlib

Sentyabr ayında İstanbula gələn turistlərin sayı əvvəlki ilin eyni dövrünə görə yüzdə 64 artaraq 1 milyon 607 min 45-ə çatıb. SİA xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, bu ilin 9 ayında şəhəri 11 milyon 787 min 834 turist ziyarət edib. Sentyabrda İstanbula 1 milyon 607 min 45, keçən ilin eyni ayında isə 975 min 916 turist gəlib. Buna görə sentyabr ayında turist sayı 2021-ci ilin eyni ayına görə yüzdə 64 artıb.

Sentyabrda şəhərə 1 milyon 570 min 866 nəfər hava, 36 min 179 nəfər isə dəniz yolu ilə gəlib. İstanbula hava yolu ilə gələnlərin sayı əvvəlki ilə nisbətən yüzdə 61, dəniz yolu ilə gələnlərin sayı isə 1144 faiz artıb.

Sentyabrda İstanbula Atatürk Hava Limanından 1928, Sabiha Gökçen Hava Limanından 420 min 989, İstanbul Hava Limanından 1 milyon 147 min 949 nəfər daxil olub.

Dəniz yolu ilə Tuzla limanından 1753, Karaköy limanından 26 min 559, Sarayburnu limanından 4 min 255, Zeytinburnu limanından 1162, Ambarlı limanından 188, Haydarpaşa limanından 2 min 134, Mərmərə limanından 57, 71 xarici ziyarətçi gəlib. Hava yolu ilə gələn turistlərin 71,43 faizi İstanbul hava limanından, 26,20 faizi isə Sabiha Gökçen hava limanından istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə