Braziliyada müxalifətin namizədi öndədir

Braziliyada müxalifətin namizədi öndədir

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Luis İnasiu da Silva (və ya qısaca “Lula”) bülletenlərin ilkin hesablanmasından sonra rəqibi hazırkı Prezident Jair Bolsonarunu ötüb – 50,04 %. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bülletenlərin 69,86 %-i hesablanıb.

İlkin hesablamalara görə, seçicilərin 49,96 %-i hazırkı dövlət başçısını dəstəkləyib.

Qeyd edək ki, 77 yaşlı Lula 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2002-ci ildə seçilib, 2006-cı ildə isə yenidən seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə