Atraksionun qırılması 25 nəfərin yaralanmasına səbəb oldu - MEKSİKADA

Atraksionun qırılması 25 nəfərin yaralanmasına səbəb oldu - MEKSİKADA

Meksikada əyləncə parkında "uçan stul" adlı atraksion mexaniki nasazlıq nəticəsində yerə çırpılıb. SİA xəbər verir ki, dəhşətli qəzada yaralanan 25 nəfər ölümdən son anda dönüb.

Qəzadan sonra ətrafdakı insanlar atraksionda olanların köməyinə gəlib və yaralıların əksəriyyətinin səhhətinin ağır olduğu bildirilib. Gerrero Mülki Müdafiə naziri Roberto Arroyo Matus bildirib ki, nasazlığın səbəblərinin müəyyən edilməsi və məsuliyyət daşıyanların müəyyən edilməsi üçün araşdırma başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə