Dəhşətli hadisə Pakistanda baş verib. SİA xəbər verir ki, ölkənin keçmiş baş naziri İmran Xanın karvanı minlərlə tərəfdarı ilə birlikdə paytaxt İslamabada yollanarkən müxbir əzilərək öldürülüb. Pəncab əyalətinin Sadhoke şəhərində karvan haqqında məlumat verən "Kanal 5"in müxbiri Sadaf Naeemin, Xanın olduğu avtobusun altında qalaraq öldüyü bildirilib.
Naeem konvoyu izləyərkən konteynerin üzərinə yıxılaraq avtobusun altına düşüb. Xan verdiyi açıqlamada Naeemin ailəsinə başsağlığı verib.
Pakistanın baş naziri Şahbaz Şərif isə "dinamik və çalışqan bir reportyor" olaraq xarakterizə etdiyi Naeemin vəfatından kədərləndiyini bildirib və ailəsinə başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB