İbrahim Rəisi...xəbərdarlıq edir

İbrahim Rəisi...xəbərdarlıq edir

İran prezidenti İbrahim Rəisi bazar günü ölkənin təhlükəsizliyinə təhdid onun üçün qırmızı xətt olduğunu deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Fars” xəbər agentliyi bildirib.

“...Təhlükəsizlik İranın hakimiyyət orqanları və xalqı üçün qırmızı xəttdir və biz düşmənin bu dəyərli milli sərvəti sarsıtmaq planlarını həyata keçirməsinə imkan verməyəcəyik”.

Qeyd edək ki, prezident bunu həlak olanlardan birinin ailəsi ilə telefon danışığında deyib.

Qeyd edək ki, İranda sentyabrın 16-da dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayan iğtişaşlar bir aydan çoxdur ki, səngimir. Rəsmi versiyaya görə, polis Əmini çadranı düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat yayıb və onun...guya xəsarət almadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə