Ruslar gün ərzində Ukraynaya 3 raket və bir hava zərbəsi endirib

15-dən çox yaşayış məntəqəsinin ərazisi düşmən zərbələrinə məruz qalıb
Ruslar gün ərzində Ukraynaya 3 raket və bir hava zərbəsi endirib

Bu gün ruslar Ukrayna ərazisinə 3 raket və bir hava zərbəsi endirib, həmçinin çoxsaylı reaktiv raket sistemlərindən 30-dan çox hücum həyata keçirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam xülasəsində məlumat verilib.

“15-dən çox yaşayış məntəqəsinin əraziləri düşmən zərbələrinə məruz qalıb. Onların arasında Xarkov vilayətinin Kupyansk, Nikolayev vilayətinin Berezneqovatoe və Oçakov şəhərləri də var”, - məlumatda deyilir.

İşğalçılar bu gün də təmas xətti boyunca Ukrayna bölmələrini atəşə tutmaqda, müəyyən ərazilərdə mövqelərini möhkəmləndirməkdə və havadan kəşfiyyat aparmaqda davam ediblər.

Qeyd olunur ki, ruslar döyüş əməliyyatlarının bütün sahələrində Ukrayna mövqelərini tanklardan, minaatanlardan, top və raket artilleriyasından atəşə tutub.

...Baş Qərargahın məlumatına görə, Volın və Polesye istiqamətlərində vəziyyət dəyişməz olaraq qalır.

Bununla yanaşı, Belarus Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir, Rusiya isə ayrı-ayrı hissələri Belarus ərazisinə keçirir. Baş Qərargah bu ölkənin ərazisindən raket zərbələri təhlükəsi və zərbə PUA-larından istifadəni də xatırladıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə